Xəbərlər

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan yarımarafon saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb.

Marafonun məsafəsi 21 kilometr təşkil edib. Artıq ikinci ildir təşkil olunan marafon kütləviliyi, daha çox iştirakçını əhatə etməsi ilə fərqlənib


Marafonda kişilər arasında Türkiyə vətəndaşları Veysi Aslan I, Üzeyir Söyləməz II, rusiyalı Vladislav Demyanov isə III yerə çıxıb.  

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. 

Qadınlar arasında isə finişə Türkiyə vətəndaşı Yayla Kılıc birinci, ukraynalı Valentina Poltovska ikinci və iranlı Parisa Arab üçüncü çatıb.

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib

04 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.

“Küləyə qalib gəl” şüarı altında təşkil olunan yarımarafon saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb. Marafonun məsafəsi 21 kilometr təşkil edib. Artıq ikinci ildir təşkil olunan marafon kütləviliyi, daha çox iştirakçını əhatə etməsi ilə fərqlənib.

Marafona yaşı 16-dan yuxarı şəxslər əvvəlcədən qeydiyyatdan keçərək qoşulublar. Yarışda iştirak üçün ümumilikdə 13 mindən çox şəxs qeydiyyatdan keçib.
Ətraflı Oxu

Bakı Marafonunun İnsanları: Müasir mobil marketinq texnologiyaları üzrə məsləhətçi Fatimə Əliyeva

29 Apr 2017 Xəbərlər
Peşəsi: Müasir mobil marketinq texnologiyaları üzrə məsləhətçi
Ən sevimli qaçış marşrutu: Berlin Half Marathon
Qaçış vaxtı: Gün ərzində orta hesabla 1.5-2 saat
Şəxsi rekordu: 1:48:25 - Berlin Half Marathon
Ətraflı Oxu

Bakı Marafonunun İnsanları: Atletika üzrə hakim Tural Sadıqlı

28 Apr 2017 Xəbərlər
Peşəsi: Atletika üzrə hakim
Qaçış musiqisi: Rihannanın bütün mahnıları
Qaçış vaxtı: Səhər və axşam (işdən sonra)
Şəxsi rekordu: 35 kilometr  

"Marafonda qaçıram, çünki... buna həvəsim var, qaçış idman növünü sevirəm. Üstəlik, qaçış həm də sağlamlıqdır".
Ətraflı Oxu

Bakı Marafonunun İnsanları: İT mühəndisi Renato Rakoviç

27 Apr 2017 Xəbərlər
Ad, Soyad: Renato Rakoviç
Peşəsi: İT mühəndisi
Ən sevimli qaçış marşrutu: Dənizkənarı Bulvar
Şəxsi rekordu: 42 km / 3 saat 50 dəq.  

"Marafonda qaçıram, çünki bu, idmandır, sağlamlıqdır və həyatda uğur əldə etməyin bir növüdür. Ondan əlavə, marafonda toplaşan insanları görmək, oradakı ab- havanı yaşamaq bir başqa zövqdür"
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar