Xəbərlər

Bakı Marafonu 2017-də qeydiyyatdan keçənlərə qaçış nömrələri verilir

25 Apr 2017 Xəbərlər
Aprelin 25-dən başlayaraq Bakı Marafonu 2017-də qeydiyyatdan keçənlərə qaçış nömrələri təqdim olunacaq. 
Ətraflı Oxu

Bakı Marafonu 2017 üçün qeydiyyat müddəti uzadıldı

20 Apr 2017 Xəbərlər
Bakı Marafonu 2017 üçün rəsmi qeydiyyat tarixi bu gün, aprelin 20-də başa çatdı.  Bildirmək istərdik ki, Bakı Marafonu 2017 üçün qeydiyyatdan keçmək istəyənlərin çoxluğunu nəzərə alaraq qeydiyyat tarixini aprelin 30-dək uzatdıq. Bu tarixə müvafiq olaraq qeydiyyat məntəqələri və onlayn qeydiyyat da aprelin 30-dək fəaliyyət göstərəcək.
Ətraflı Oxu

Elşən Quliyev Paris Marafonundan Bakıya geri döndü

14 Apr 2017 Xəbərlər
Parisdə 41-ci marafon qaçışı keçirilib. Marafonda ölkəmizi Elşən Quliyev təmsil edib.146 ölkədən 57 min iştirakçının qatıldığı və “Yelisey Çölləri” küçəsindən start verilən marafon 42,195 kilometr məsafəni əhatə edib. Bastiliya meydanı, Məryəm Ana kilsəsi, Konkord meydanı, Eyfel Qülləsi və Bulony meşəsindən keçən marafon paytaxtın mərkəzində başa çatıb.42,195 km məsafəni qət edib finişə çatan Elşən Quliyev digər atletlərlə birgə medala layiq görülüb.
Ətraflı Oxu

“Alfa Romeo”dan möhtəşəm qol saatını qazanan şanslı iştirakçının adı bəlli oldu

12 Apr 2017 Xəbərlər
“Bakı Marafonu 2017”nin sponsorları sırasında yer alan “Alfa Romeo” şirkəti martın 27-dən aprelin 7-dək xüsusi kampaniyaya start verdi. Marafon yarışını dəstəkləyən şirkət marafona qatılmaq istəyən 1 şanslı iştirakçıya “Alfa Romeo”dan möhtəşəm qol saatını qazanmaq şansı yaratdı. Qeyd edək ki, göstərilən müddət ərzində onlayn şəkildə və qeydiyyat məntəqələrində ümumilikdə 1021 nəfər qeydiyyatdan keçdi. Aprelin 10-da Bakı Marafonunun rəsmi feysbuk səhifəsində (https://www.facebook.com/bakumarathon) veb tətbiqetmənin köməyi ilə (“Random Picker”) canlı yayımda kampaniyanın qalibi seçildi. Təsadüfi seçim əsasında adı çıxan ilk izləyici – Məmmədov Əhməd qalib oldu. 
Ətraflı Oxu

“Bakı Marafonunun İnsanları”: 78 yaşlı TANRIVERDİ ƏLİYEV

11 Apr 2017 Xəbərlər
Qədim Ellada tarixindən başlayaraq nahaq yerə demirlər ki, sağlam olmaq istəyirsənsə, qaç! Ağıllı olmaq istəyirsənsə, qaç! Gözəl olmaq istəyirsənsə, qaç! Xoşbəxt olmaq istəyirsənsə, qaç! Mənə baxın - ağıllıyam, gözələm, sağlamam və xoşbəxtəm! 
Ətraflı Oxu

Türk Hava Yollarından hədiyyələr qazanan şanslı iştirakçıların adları bəlli oldu

05 Apr 2017 Xəbərlər
“Bakı Marafonu 2017”nin sponsorları sırasında yer alan Türk Hava Yolları martın 14-dən martın 26-na kimi “Qaçarkən uçuran fürsət” adlı xüsusi kampaniyaya start verdi. Marafon yarışını dəstəkləyən şirkət marafona qatılmaq istəyən hər kəsə Avropanın istənilən nöqtəsinə pulsuz bilet, möhtəşəm təyyarə modeli və bir-birindən dəyərli hədiyyələr qazanmaq şansı yaratdı.
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar