“Bakı Marafonu-2017” üçün təlimlərə start verilir

Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçiriləcək. İkinci dəfə baş tutacaq marafon bu il də “Küləyə qalib gəl” şüarı altında təşkil olunacaq.

Marafona hazırlıq qələbənin yarısıdır. Artıq marafonun rəsmi feysbuk (https://www.facebook.com/bakumarathon) və “instagram” (https://www.instagram.com/bakumarathon/ ) səhifəsində onlayn formada marafona hazırlığa start verilib. Belə ki, idmançıların qidalanması, məşq cədvəli, marafona psixoloji hazırlıqları, tibbi məsləhətlər gündəlik olaraq sosial şəbəkədə yerləşdirilir.

“Bakı Marafonu – 2017” marafon iştirakçılarının böyük idman yarışına hazırlığını əsas tutaraq hər kəsə pulsuz açıq hava məşqlərini də təklif edir. Küləyə qalib gəlmək üçün paytaxt sakinlərini və şəhərimizin qonaqlarını marafona birlikdə hazırlaşmağa dəvət edir.

“Bakı Marafonu – 2016”nın qalibi Namiq Əsədovun rəhbərliyi altında təşkil olunacaq təlimlər fevralın 19-da, saat 10:00-da dənizkənarı bulvarda keçiriləcək. Marafona hazırlıq məşqləri həftədə bir dəfə olmaqla, hər həftənin bazar günü baş tutacaq.

Məşq günlərində marafon iştirakçıları müxtəlif isinmə-soyuma, dartılma hərəkətləri edəcək, uzun və qısa məsafəyə qaçışa necə hazırlaşmalı olduqlarını öyrənəcəklər. Qələbənin sirrini qalibin məşq dərsləri ilə öyrənin! İndi birlikdə küləyə qalib gəlmək vaxtıdır!

Qeyd edək ki, idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallarla bir araya gətirmək məqsədi daşıyan marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirəcək.

 

Bakı Marafonu 2017 - FOTOLAR

15 May 2017 Foto
«Bakı Marafonu 2017»dən maraqlı fotolar!!

Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan 21 kilometlik yarımarafon Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb. Yarışda iştirak üçün ümumilikdə 13 000-dən çox şəxs qeydiyyatdan keçib. Marafon bir çox maraqlı məqamlarla yadda qalıb. «Bakı Marafonu 2017»dən maraqlı məqamları əks etdirən fotosessiyanı təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan yarımarafon saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb.

Marafonun məsafəsi 21 kilometr təşkil edib. Artıq ikinci ildir təşkil olunan marafon kütləviliyi, daha çox iştirakçını əhatə etməsi ilə fərqlənib


Marafonda kişilər arasında Türkiyə vətəndaşları Veysi Aslan I, Üzeyir Söyləməz II, rusiyalı Vladislav Demyanov isə III yerə çıxıb.  

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. 

Qadınlar arasında isə finişə Türkiyə vətəndaşı Yayla Kılıc birinci, ukraynalı Valentina Poltovska ikinci və iranlı Parisa Arab üçüncü çatıb.

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar