“Bakı Marafonu-2017”nin ilk təlimi başa çatdı

Fevralın 19-da Dənizkənarı Milli Parkda “Bakı Marafonu - 2016”nın qalibi Namiq Əsədovun iştirakı ilə marafona qoşulanlar üçün təlim-məşq keçirilib. Saat 10:00-da baş tutan təlimə 20-dən çox marafon iştirakçısı qoşulub. Hər kəs üçün açıq olan təlimin keçirilməsində məqsəd “Bakı Marafonu - 2017”də iştirak edəcək marafonçuların fiziki və psixoloji hazırlığını artırmaq, onların daha uğurlu nəticələr əldə etmələri üçün şərait yaratmaq və iştirakçılara dəstək olmaqdır.  

İlk məşq günündə marafon iştirakçıları müxtəlif isinmə-soyuma, dartılma hərəkətləri edib, uzun və qısa məsafəyə qaçışa necə hazırlaşmalı olduqlarını öyrəniblər. Fiziki hazırlıqdan əlavə, Namiq Əsədov marafon zamanı yarışa psixoloji uyğunlaşmaq üçün şəxsi təcrübəsinə əsaslanaraq təlim iştirakçılarına öz məsləhətlərini də verib.

Məlumat üçün deyək ki, marafona hazırlıq məşqləri həftədə bir dəfə-bazar günü keçiriləcək.  
Artıq marafonun rəsmi feysbuk (www.facebook.com/bakumarathon) və instaqram (www.instagram.com/bakumarathon/) səhifəsində onlayn formada marafona hazırlığa start verilib. Belə ki, idmançıların qidalanması, məşq cədvəli, marafona psixoloji hazırlıqları, tibbi məsləhətlər gündəlik olaraq sosial şəbəkədə yerləşdirilir.

Xatırladaq ki, idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallarla bir araya gətirmək məqsədi daşıyan “Bakı Marafonu - 2017” 30 aprel saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirir.

Bakı Marafonu 2017 - FOTOLAR

15 May 2017 Foto
«Bakı Marafonu 2017»dən maraqlı fotolar!!

Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan 21 kilometlik yarımarafon Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb. Yarışda iştirak üçün ümumilikdə 13 000-dən çox şəxs qeydiyyatdan keçib. Marafon bir çox maraqlı məqamlarla yadda qalıb. «Bakı Marafonu 2017»dən maraqlı məqamları əks etdirən fotosessiyanı təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan yarımarafon saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb.

Marafonun məsafəsi 21 kilometr təşkil edib. Artıq ikinci ildir təşkil olunan marafon kütləviliyi, daha çox iştirakçını əhatə etməsi ilə fərqlənib


Marafonda kişilər arasında Türkiyə vətəndaşları Veysi Aslan I, Üzeyir Söyləməz II, rusiyalı Vladislav Demyanov isə III yerə çıxıb.  

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. 

Qadınlar arasında isə finişə Türkiyə vətəndaşı Yayla Kılıc birinci, ukraynalı Valentina Poltovska ikinci və iranlı Parisa Arab üçüncü çatıb.

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar