Bakı Marafonunun İnsanları: İT mühəndisi Renato Rakoviç

Yeniyetmə yaşlarımdan qaçıram. Səhərlər qonşuluqdakı dostlarımla stadionda, yaxınlıqdakı parklarda qaçmağı sevirdik. Yaşa dolduqca bu vərdiş məndə itmədi, başa düşdüm ki, intensiv qaçışımın nəticəsini göstərmək üçün ən gözəl seçim marafondur.

Marafon üçün qeydiyyatdan keçirsən, biletini alırsan. Daha sonra ətrafdakılara xəbər verirsən ki, marafona gedəcəksən - gəl indi sözündən geri dön.

Beləcə, “Bakı Marafonu 2016”ya qoşuldum. Və bu, həyatımda ilk marafon təcrübəsi oldu. Bakı Marafonu həyatıma yeni insanlar gətirdi. Yeni stimul gətirdi. Həyatımızın önəmli dəyərlərindən biri zamandır. Zamana qalib gəlmək üçün güc gətirdi, sürət gətirdi. 

Amma yorulduğum, taqətdən düşdüyüm vaxtlar da olur. Finişdən uzaq düşəndə sevdiklərimi yada salıram və onlara görə nələr edə biləcəyimi düşünürəm. Xəyallarım haqqında fikirləşirəm. Və onda özümə deyirəm, “Renato, indi burada sona kimi getməsən, ən çətin məqamlarında necə edəcəksən?”

Bəli, qaçış meydanında ilk rəqibim özüməm. Tənbəlliyə, passivliyə, həyatın acı anlarına və mənfilərə qalib gəlmək üçün qaçıram. Eyni zamanda nəticələrimi yaxşılaşdırmağa da çalışıram.

Qaçış zamanı məni ətrafımdakı insanlar çox ruhlandırır. Onların dəstəyi olanda özümü məğlubedilməz hiss edirəm. Elə Moskva Marafonunda iştirak edəndə məhz insanların dəstəyi hesabına özümü finişə çatdıra bilmişdim.  

Hələki Moskva və Tbilisidə keçirilən marafonların iştirakçısı olmuşam. Gələcəkdə istərdim ki, Fransa, Yunanıstan və Nyu Yorkda keçirilən marafon yarışlarına qatılım.

O ki qaldı yerli marafonumuza, bakılılar və qonaqlarımız “Bakı Marafonu 2017”yə mütləq qatılmalıdır. Çünki “Bakı Marafonu 2017” həyatda bir dəfə olur və o təkrarlanmayacaq.

Filosoflardan birinin sözünə qüvvət, uzun yol kiçik addımdan başlayır. Qaçmaq üçün ilk addımı atmaq lazımdır. Marafon qaçmaq üçün isə ilk addım qeydiyyatdan keçməkdir.

 

Bakı Marafonu 2017 - FOTOLAR

15 May 2017 Foto
«Bakı Marafonu 2017»dən maraqlı fotolar!!

Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan 21 kilometlik yarımarafon Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb. Yarışda iştirak üçün ümumilikdə 13 000-dən çox şəxs qeydiyyatdan keçib. Marafon bir çox maraqlı məqamlarla yadda qalıb. «Bakı Marafonu 2017»dən maraqlı məqamları əks etdirən fotosessiyanı təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan yarımarafon saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb.

Marafonun məsafəsi 21 kilometr təşkil edib. Artıq ikinci ildir təşkil olunan marafon kütləviliyi, daha çox iştirakçını əhatə etməsi ilə fərqlənib


Marafonda kişilər arasında Türkiyə vətəndaşları Veysi Aslan I, Üzeyir Söyləməz II, rusiyalı Vladislav Demyanov isə III yerə çıxıb.  

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. 

Qadınlar arasında isə finişə Türkiyə vətəndaşı Yayla Kılıc birinci, ukraynalı Valentina Poltovska ikinci və iranlı Parisa Arab üçüncü çatıb.

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar