Bakı Marafonu 2016

İlk marafon yarışı - “Bakı Marafonu - 2016” 2016-cı il il mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında keçirildi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi marafona Dövlət Bayrağı Meydanından start verildi.

Yarışın başlandığını bildirən atəşi Olimpiya çempionu, stend atıcılığı üzrə dünya çempionu Zemfira Meftahətdinova açdı. Yarı marafon məsafəsinin - 21 kilometrin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verildi.

Yarışın finiş xətti və medal təltifetmə mərasimi Bakı Olimpiya Stadionunda oldu. 7 mindən çox iştirakçının qatıldığı marafonda kişilər arasında finişə birinci Namiq Əsədov, Gürcüstan vətəndaşı Georqi Dameniya ikinci və Tural Sadıxlı isə üçüncü çatdı. Qadınlar arasında Rahidə Aslanova birinci, Böyük Britaniya vətəndaşı Nataşa Pitersen ikinci, Rəqsanə Rəcəbli isə finişi üçüncü başa vurdu.


Bakı Marafonu 2017 - FOTOLAR

15 May 2017 Foto
«Bakı Marafonu 2017»dən maraqlı fotolar!!

Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan 21 kilometlik yarımarafon Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb. Yarışda iştirak üçün ümumilikdə 13 000-dən çox şəxs qeydiyyatdan keçib. Marafon bir çox maraqlı məqamlarla yadda qalıb. «Bakı Marafonu 2017»dən maraqlı məqamları əks etdirən fotosessiyanı təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan yarımarafon saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb.

Marafonun məsafəsi 21 kilometr təşkil edib. Artıq ikinci ildir təşkil olunan marafon kütləviliyi, daha çox iştirakçını əhatə etməsi ilə fərqlənib


Marafonda kişilər arasında Türkiyə vətəndaşları Veysi Aslan I, Üzeyir Söyləməz II, rusiyalı Vladislav Demyanov isə III yerə çıxıb.  

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. 

Qadınlar arasında isə finişə Türkiyə vətəndaşı Yayla Kılıc birinci, ukraynalı Valentina Poltovska ikinci və iranlı Parisa Arab üçüncü çatıb.

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar