Elşən Quliyev Paris Marafonundan Bakıya geri döndü

Parisdə 41-ci marafon qaçışı keçirilib. Marafonda ölkəmizi Elşən Quliyev təmsil edib. 146 ölkədən 57 min iştirakçının qatıldığı və “Yelisey Çölləri” küçəsindən start verilən marafon 42,195 kilometr məsafəni əhatə edib. Bastiliya meydanı, Məryəm Ana kilsəsi, Konkord meydanı, Eyfel Qülləsi və Bulony meşəsindən keçən marafon paytaxtın mərkəzində başa çatıb. 42,195 km məsafəni qət edib finişə çatan Elşən Quliyev digər atletlərlə birgə medala layiq görülüb. Elşən Quliyev Paris Marafonundan sonra www.bakumarathon.az saytının suallarını cavablandırıb.


- Elşən bəy, necə oldu ki, yolunuzu Paris Marafonundan saldınız?

- Paris Marafonu dünya marafonları arasında ən yaxşı 5-liyə daxildir. İnternet vasitəsilə bu marafon haqqında məlumat topladım və qatılmağa qərar verdim. Qeydiyyatdan keçəndən sonra 3 ay ərzində hazırlaşdım və ölkəmizi uğurla təmsil etdim.


- Sizinlə birlikdə bu marafona digər həmvətənlilərimiz qatılmışdı?

- Paris Marafonunda dünyanın 145 ölkəsindən 57000 atlet iştirak edirdi. Finişə cəmi 42500 nəfər çatmışdı. Onlar arasında isə yeganə Azərbaycanlı mən idim - elə yarışda iştirak edən də.


- Bu marafon nələrlə yadınızda qaldı?

- Startda böyük izdiham vardı. Bu, mənim üçün əsl adrenalin idi. Çox xoşbəxtəm ki, bu hissləri yaşamaq mənə də nəsib oldu. Həmin gün səhər saatlarında Bakıda atlet dostlarım - "Baku Marathon Club"ın üzvləri məni dəstəkləmək üçün dəniz kənarında məşq etdilər və bu məşqlərini feysbukda canlı yayımladılar. Marafonun başlamasına dəqiqələr qalırdı. Çiynimdə üçrəngli bayrağımızla start fitini gözlədim. Marafon bir saat olardı ki başlamışdı, havanın temperaturu 30 dərəcəyə qədər qalxdı. İsti ilə qalib gəlməyə təkcə iradəm yox, həm də qaçış marşrutu üzrə bizə motivasiya verən möhtəşəm orkestr də köməyimə çatdı.

Parisin ecazkar küçələrindən keçərək, gözəl tarixi abidələri seyr edərək qaçışın verdiyi ağrılara sinə gərdim və bayrağımızı finişə qədər daşıdım.

- Marafonda hansı çətinliklərlə qarşılaşdınız?

- 23-cü kilometrə qədər istədiyim tempdə qaça bilmişdim. Uzun bir tunelden keçdik, sol tərəflə qaçırdım. Birdən ayağım boşluğa düşdü. Hər iki ayağım qıc oldu, dözülməz ağrılarım başladı.  Amma özümü ələ aldım, startda verdiyim sözü xatırladım -  sürətim aşağı düşsə də, finişdə məni gözləyənləri və özümü məyus edə bilməzdim. 35-ci kilometrə çatanda düşündüm ki, 7.2 km qalır. Özümə güc verdim və sürətimi artırmağa çalışdım.  Ağrılarım getdikcə artırdı, amma mən bağıra-bağıra ağrılarımın üstünə getdim və bu döyüşdən qalib ayrıldım. Çiynimdə bayrağımız finişdəydim! Sözümün üstündə durmuşdum. Və bütün iradəmi ortaya qoyduğum bu idman yarışında yürüşümü ötən il aprel döyüşlərində qəhrəmancasına həlak olan şəhidlərimizə ithaf etdim. Hazırda önümdə "Bakı Marafonu 2017" dayanır.

Bakı Marafonu 2017 - FOTOLAR

15 May 2017 Foto
«Bakı Marafonu 2017»dən maraqlı fotolar!!

Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan 21 kilometlik yarımarafon Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb. Yarışda iştirak üçün ümumilikdə 13 000-dən çox şəxs qeydiyyatdan keçib. Marafon bir çox maraqlı məqamlarla yadda qalıb. «Bakı Marafonu 2017»dən maraqlı məqamları əks etdirən fotosessiyanı təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan yarımarafon saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb.

Marafonun məsafəsi 21 kilometr təşkil edib. Artıq ikinci ildir təşkil olunan marafon kütləviliyi, daha çox iştirakçını əhatə etməsi ilə fərqlənib


Marafonda kişilər arasında Türkiyə vətəndaşları Veysi Aslan I, Üzeyir Söyləməz II, rusiyalı Vladislav Demyanov isə III yerə çıxıb.  

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. 

Qadınlar arasında isə finişə Türkiyə vətəndaşı Yayla Kılıc birinci, ukraynalı Valentina Poltovska ikinci və iranlı Parisa Arab üçüncü çatıb.

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar