Marafon üçüncüsü Tural Sadıqlı: “İşim idmanla bağlı olsa da, mənə çətin oldu”

Mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında “Bakı Marafonu-2016” keçirilib.

Bakı vaxtı ilə saat 10:00-da Dövlət Bayrağı Meydanından start verilən yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi qoşulub. İspaniya, Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin rəhbərləri və nümayəndələri, tələbələr, idmançılar, bir sıra tanınmış ictimai-siyasi xadimlər, ictimaiyyət nümayəndələri iştirakçılar arasında olub. Marafonda, həmçinin Avstriya, Almaniya, İspaniya, Fransa, Rusiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Keniya və digər ölkələrdən nümayəndələr iştirak ediblər.

Yarı marafon məsafəsinin - 21 kilometrin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib. İştirakçılar Dənizkənarı Milli Parkdan başlayaraq “Neftçilər” prospekti, Yusif Səfərov küçəsi ilə qaçıblar. Daha sonra Heydər Əliyev Mərkəzinin yanından keçərək Heydər Əliyev prospekti ilə Bakı Olimpiya Stadionuna qədər yol qət ediblər. 

Marafonda qadınlar arasında finiş xəttinə ilk olaraq Rahidə Aslanova çatıb. Kişilər arasında birinci yerə Namiq Əsədov, ikinci yerə Gürcüstan vətəndaşı Georqi Dameniya, üçüncü yerə isə Tural Sadıxlı çıxıblar.

Marafonun üçüncüsü Tural Sadıxlı Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzində fəaliyyət göstərir: “İşim idmanla bağlı olsa da,  mənə çətin oldu. İkinci yeri tutmaq üçün bir az qüvvəm çatmadı və ayağımdakı zədə maneə oldu, lakin buna növbəti dəfə nail olmağa çalışacağam”.

Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil edilən, icrası “SMG” (Sport Marketing Group) şirkəti tərəfindən həyata keçirilən marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir. 

Bakı Marafonu 2017 - FOTOLAR

15 May 2017 Foto
«Bakı Marafonu 2017»dən maraqlı fotolar!!

Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan 21 kilometlik yarımarafon Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb. Yarışda iştirak üçün ümumilikdə 13 000-dən çox şəxs qeydiyyatdan keçib. Marafon bir çox maraqlı məqamlarla yadda qalıb. «Bakı Marafonu 2017»dən maraqlı məqamları əks etdirən fotosessiyanı təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan yarımarafon saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb.

Marafonun məsafəsi 21 kilometr təşkil edib. Artıq ikinci ildir təşkil olunan marafon kütləviliyi, daha çox iştirakçını əhatə etməsi ilə fərqlənib


Marafonda kişilər arasında Türkiyə vətəndaşları Veysi Aslan I, Üzeyir Söyləməz II, rusiyalı Vladislav Demyanov isə III yerə çıxıb.  

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. 

Qadınlar arasında isə finişə Türkiyə vətəndaşı Yayla Kılıc birinci, ukraynalı Valentina Poltovska ikinci və iranlı Parisa Arab üçüncü çatıb.

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar