Arxiv (2016)

2016-cı il mayın 1-də Bakı şəhərində marafon yarışının keçirilməsi nəzərdə tutulub. Marafon Heydər Əliyev Fondunun təşəbbüsü və Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur. Layihənin icrasını isə “SMG” (Sport Marketing Group) şirkəti həyata keçirir.

 

“Bakı Marafonu 2016”nın məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah məqsədlə bir araya gətirməkdir.

 

“Bakı Marafonu 2016” Dövlət Bayraq Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 km məsafəni əhatə edəcək. İştirakçılar arasında tanınmış ictimai-siyasi xadimlər, idmançıların da olması nəzərdə tutulur.

 

“Bakı Marafonu 2016”nın missiyası həm də Azərbaycanın idman tarixində yeni mədəniyyət yaratmaqdır.

 

Marafonun strateji hədəfləri aşağıdakılardır:

 

İdmanı inkişaf etdirmək - idman tədbirləri üçün auditoriya toplamaq və bu tədbirləri gəlirli etmək;

Sağlam həyat tərzini təbliğ etmək – insanları idmanla məşğul olmağa həvəsləndirmək;

Turist cəlb etmək – “Bakı Marafonu”nu nüfuzlu marafonlardan birinə çevirmək və xarici idmançıları, qonaqları burada iştirak etməyə həvəsləndirmək.

                                     

Dəyərlər

 

Birlik - xeyirxah məqsəd ətrafında insanları birləşdirmək.

Sağlamlıq - gəncləri fiziki cəhətdən daha güclü olmağa və idman vasitəsilə daha sağlam həyat tərzi keçirməyə həvəsləndirmək.

Həmrəylik – insanları xeyirxah məqsədlər naminə həvəsləndirmək.

Pozitivlik - Yarışda iştirak etməklə pozitivliyi təşviq etmək.

 

Loqonun fəlsəfəsi

 

Loqo özündə Bakı şəhərinin və marafon yarışının xüsusiyyətlərini əks etdirən elementləri birləşdirir.

 

Kolibri - dayanmadan uzun məsafə qət edən, enerjisini və sürətini mükəmməlcəsinə idarə edə bilən unikal canlı. Kolibrinin uzaq məsafələrə uçuşu marafon qaçışının fəlsəfəsi ilə həmahənglik təşkil edir. Belə ki, marafon iştirakçıları da finişə çatmaq üçün öz enerjisi və sürətinə nəzarət edərək, bu quşun hərəkət üsulundan istifadə etməli olurlar.

 

Külək - Bakının əsas rəmzlərdən biri. Bakıya həm də küləklər şəhəri deyirlər. “Küləyə qalib gəl” və “Küləyin arxasınca get” (“Küləyi izlə”) şüarları da Bakının bu simvolundan ilhamlanaraq seçilib. Küləklər şəhəri Bakıda iki istiqamətli – şimaldan əsən Xəzri və cənubdan əsən Gilavar – külək var. Bu konsepsiyadan çıxış edərək biz iştirakçılardan təkcə küləyin sürətinə deyil, həm də gündəlik stressə, neqativ fikirlərə və tənbəlliyə qalib gəlmələrini gözləyirik. Biz inanırıq ki, “Küləyə qalib gəl” şüarı iştirakçılara bir-biri ilə əlaqəli olan məşq, motivasiya, intizam və zamanın səmərəli bölüşdürülməsi kimi vacib faktorların öhdəsindən gəlməyə həvəsləndirəcək.

 

Paraqraf işarəsi – bu tədbirin reallaşdırılması ilə ölkənin idman tarixində yeni paraqrafın başlanmasını nəzərdə tutur. Bu işarə, həmçinin iştirakçıların həyatında da yeni başlanğıclar olacağından xəbər verir. 

 

Lent – dörd əsas dəyəri ifadə edir: birlik, həmrəylik, pozitivlik və sağlamlıq.

 

Açıq yaşıl rəng – lentlərin əsas rəngi Azərbaycanda marafonun yaranmasını və bunun müsbət enerji gətirmək məqsədi daşıdığını ifadə edir.

Bakı Marafonu 2017 - FOTOLAR

15 May 2017 Foto
«Bakı Marafonu 2017»dən maraqlı fotolar!!

Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan 21 kilometlik yarımarafon Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb. Yarışda iştirak üçün ümumilikdə 13 000-dən çox şəxs qeydiyyatdan keçib. Marafon bir çox maraqlı məqamlarla yadda qalıb. «Bakı Marafonu 2017»dən maraqlı məqamları əks etdirən fotosessiyanı təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan yarımarafon saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb.

Marafonun məsafəsi 21 kilometr təşkil edib. Artıq ikinci ildir təşkil olunan marafon kütləviliyi, daha çox iştirakçını əhatə etməsi ilə fərqlənib


Marafonda kişilər arasında Türkiyə vətəndaşları Veysi Aslan I, Üzeyir Söyləməz II, rusiyalı Vladislav Demyanov isə III yerə çıxıb.  

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. 

Qadınlar arasında isə finişə Türkiyə vətəndaşı Yayla Kılıc birinci, ukraynalı Valentina Poltovska ikinci və iranlı Parisa Arab üçüncü çatıb.

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar