İştirak qaydaları

İştirak  qaydaları

 

1.1  Yarışda 16 və daha yuxarı yaşda olan şəxslər iştirak edə bilərlər. 

1.2 İştirakçının yarış nömrəsi onun şəxsiyyətini müəyyənləşdirməyə imkan verir və dəyişdirilə, əvəz edilə, başqa şəxsə satıla bilməz. Yarış nömrələrinin satılması, dəyişdirilməsi qadağandır və baş verdiyi halda, iştirakçının yarışdan kənarlaşdırılması və ya gələcək tədbirlərə buraxılmaması ilə nəticələnə bilər.  

1.3 Qeydiyyat prosesi internet səhifəsində elan olunacaq vaxtda bitir. Qeydiyyat vaxtından sonra istisna hallar mümkün deyil. Yalnız təşkilatçılar yarış vaxtını dəyişmək haqqına sahibdirlər.  

1.4 Yarış günü iştirakçılar spirtli içkinin və narkotik maddələrin təsiri altında olmamalıdırlar.

 

İştirakçının yarışa buraxılmaması


2.1 Start xəttinə vaxtında gələ bilməyən istənilən iştirakçı yarışa buraxılmır və etdiyi ödəniş geri qaytarılmır.

 

Yarışın ləğvi və dəyişdirilməsi

 

3.1 Təşkilatçılar istənilən vaxt yarışın vaxtını dəyişə bilərlər. Dəyişikliklər, məsələn, start vaxtının dəyişdirilməsi və s. iştirakçılarla əvvəlcədən razılaşdırılır.  

Kənarlaşdırılma

4.1 Nəzarətçilər istənilən iştirakçını qayda və şərtləri pozduğu halda yarışdan kənarlaşdıra bilər.  

4.2 Kənarlaşdırma aşağıdakı hallarda ola bilər:

- İştirakçı öz nömrəsini başqa yarışçı ilə təşkilatçının əvvəlcədən razılığı olmadan dəyişdirərsə;

-  İştirakçı təyin olunmuş marşrutdan kənara çıxarsa;

- İştirakçı yarış rəsmisinin göstərişlərinə əməl etməzsə və ya yarış rəsmisi könüllülər və ya tamaşaçılara qarşı təhqiramiz hərəkətlərdən və ifadələrdən istifadə edərsə. 

 

 

Yarış günü

5.1 İştirakçılar yarışdan əvvəl, yarış vaxtı və yarışdan sonra bütün yarış rəsmiləri, eləcə də heyət, könüllülər, tibbi heyət, mühafizə zabitləri və şəhər rəsmiləri tərəfindən verilən göstərişlərə əməl etməlidirlər.  

5.2 Hər bir iştirakçı köynəyin ön tərəfinə yazılan və bütün yarış boyu görünən yarış nömrəsi ilə təmin olunmalıdır. 

5.3 İştirakçılar yarış təşkilatçılarını sağlamlıq problemləri və ya qəbul etdikləri dərmanlar barədə xəbərdar etməlidirlər.

5.4 İştirakçılar yarışa rəsmi elan olunmuş start vaxtında başlamalıdırlar.

 

Öhdəlik

6.1 Yarışda iştirak iştirakçının şəxsi riskidir. 

6.2 Təşkilatçı heyət itən əşyalara, dəymiş ziyana cavabdeh deyil. 

6.3 Təşkilatçı iştirakçıya üz verən itkiyə və ya dəymiş ziyana görə məsuliyyət daşımır.

6.4 Təşkilatçı tamaşaçıların və üçüncü tərəfin davranışına cavabdeh deyil. 

6.5 Təşkilatçı yarış günü verilən ərzaq və içki məhsullarından yaranan hallara (allergiya və s.) məsuliyyət daşımır. 

 

 

Qadağan olunan əşyalar

-Təhlükə yarada biləcək və ya “ikili istifadəsi” mümkün olan əşyalar təhlükəli hesab oluna bilər; məsələn, çəkic, mişar, itiuclu, kəsici alətlər və s.;  

-Tez alışan mayelər, yanacaq, fişəng, zəhərli kimyəvi və partlayıcı maddələr; 

-Böyük bağlamalar; 

-Qeyri-şəffaf zibil qutuları və plastik qablar;  

-Heyvanlar/ev heyvanları; 

-Qatlanan stullar, bükülən düşərgə stulları və istənilən növ masalar;  

-Bir litrdən çox tutumu olan maye qabları; 

-Çamadanlar və diyircəkli çamadanlar.

 

 

Marafondaiştirak üçün ödəniş

 

Marafonda iştirak etmək istəyən fiziki şəxslərüçüntəyinolunmuş ödəniş məbləği20 AZN-dir.

Korporativiştirakçılar (hər şirkətdənminimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZNödəməlidir.

Marafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, tələbələr qeydiyyat zamanı heç bir ödəniş etməyəcəklər.

 

Qeydiyyat nöqtələri

 Marafona qatılmaq üçün Bakının təyin olunmuş ticarət mərkəzlərində yerləşdirilmiş məntəqələrdə qeydiyyatdan keçə bilərsiniz.    

Qeydiyyat zamanı üzərinizdə şəxsiyyət vəsiqəsinin olması (tələbələr üçün həm də tələbə vəsiqəsinin olması) mütləqdir. 

Onlayn qeydiyyat üçün isə www.bakumarathon.az saytında “qeydiyyat” bölməsinə daxil olun, yarışa qatılmaq üçün sizə uyğun paketi seçin və qeydiyyatdan keçin.

Bakı Marafonu 2017 - FOTOLAR

15 May 2017 Foto
«Bakı Marafonu 2017»dən maraqlı fotolar!!

Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan 21 kilometlik yarımarafon Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb. Yarışda iştirak üçün ümumilikdə 13 000-dən çox şəxs qeydiyyatdan keçib. Marafon bir çox maraqlı məqamlarla yadda qalıb. «Bakı Marafonu 2017»dən maraqlı məqamları əks etdirən fotosessiyanı təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan yarımarafon saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb.

Marafonun məsafəsi 21 kilometr təşkil edib. Artıq ikinci ildir təşkil olunan marafon kütləviliyi, daha çox iştirakçını əhatə etməsi ilə fərqlənib


Marafonda kişilər arasında Türkiyə vətəndaşları Veysi Aslan I, Üzeyir Söyləməz II, rusiyalı Vladislav Demyanov isə III yerə çıxıb.  

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. 

Qadınlar arasında isə finişə Türkiyə vətəndaşı Yayla Kılıc birinci, ukraynalı Valentina Poltovska ikinci və iranlı Parisa Arab üçüncü çatıb.

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar