Marafonun tarixi


Marafon qaçışı – idman yarışlarının kütləvi növlərindən biridir. Dünyanın dörd bir tərəfində keçirilən məşhur marafon yarışları müxtəlif yaş kateqoriyalarından olan insanları start xəttində toplayır. 
Marafon – 42 kilometr 195 metr məsafədə qaçışı nəzərdə tutan yüngül atletika növüdür. Son zamanlar əsas məsafədən əlavə, digər məsafələr üzrə də qaçışlar da keçirilir: yarı marafon (21, 097 kilometr), 5 kilometrlik qaçış və uşaq marafonu və sair. 

Marafon 1896-cı ildən Olimpiya oyunlarında kişilər, 1984-cü ildən isə qadınlar arasında yüngül atletika proqramına daxil edilib.   
Marafon sözünün tarixi antik dövrlərə gedib çıxır. Əfsanəyə görə, Fidippid adlı yunan döyüşçü 490-cı ildə Marafon döyüşündən sonra dayanmadan Afinaya qədər qaçıb və qələbə xəbərini şəhərə çatdırandan sonra yıxılaraq ölüb. Herodota görə isə Fidippid Afinadan Spartaya yardım üçün göndərilmiş döyüşçü idi və o, 2 gündən az bir vaxtda 230 kilometr məsafəni qət etmişdi. 
  
1896-cı ildə Beynəlxalq Olimpiya Komitəsi Marafon döyüşünün baş verdiyi ərazidən Afinaya qədər həqiqi məsafəni ölçüb və onun 34,5 kilometr olduğu müəyyən edilib. 1896-cı ildə keçirilən ilk müasir Olimpiya oyunlarında və 2004-cü ilin Olimpiya oyunlarında marafon qaçışı, həqiqətən də, Marafon düzənliyindən Afinaya qədər olan məsafə üzrə keçirilib.   

Bu qaçışın təşkil edilməsi ideyasını isə ilk dəfə 1896-cı ildə fransız filoloq Mişel Breal irəli sürüb. Təşəbbüsü müasir Olimpiya oyunlarının əsasını qoyan Pyer de Kuberten və digər yunan təşkilatçılar da dəstəkləyiblər. 
İlk marafon qaçışında məsafəni 3 saat 18 dəqiqəyə qət edən Harilaos Vasilakos qalib gəlib.  Marafon qaçışını idman azarkeşləri çox sevir. Ona görə də yüngül atletika üzrə yarışlar məhz marafon qaçışının keçirilməsi ilə bitir. İlk Olimpiya oyunlarından kişilər arasında marafon qaçışı yüngül atletika üzrə proqramın yekun hissəsi hesab olunur. 2004-cü ildə Afinada keçirilən Olimpiya oyunlarında isə bu ənənəyə sadiqlik bir daha vurğulanıb.

Bakı Marafonu 2017 - FOTOLAR

15 May 2017 Foto
«Bakı Marafonu 2017»dən maraqlı fotolar!!

Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan 21 kilometlik yarımarafon Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb. Yarışda iştirak üçün ümumilikdə 13 000-dən çox şəxs qeydiyyatdan keçib. Marafon bir çox maraqlı məqamlarla yadda qalıb. «Bakı Marafonu 2017»dən maraqlı məqamları əks etdirən fotosessiyanı təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan yarımarafon saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb.

Marafonun məsafəsi 21 kilometr təşkil edib. Artıq ikinci ildir təşkil olunan marafon kütləviliyi, daha çox iştirakçını əhatə etməsi ilə fərqlənib


Marafonda kişilər arasında Türkiyə vətəndaşları Veysi Aslan I, Üzeyir Söyləməz II, rusiyalı Vladislav Demyanov isə III yerə çıxıb.  

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. 

Qadınlar arasında isə finişə Türkiyə vətəndaşı Yayla Kılıc birinci, ukraynalı Valentina Poltovska ikinci və iranlı Parisa Arab üçüncü çatıb.

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar