Məsləhətlər

Tibbi məsləhətlər


 İştirak etmək üçün kifayət qədər sağlamsınızmı?  

Marafonda iştirak və bu məqsədlə etdiyiniz məşqlərin sağlamlığınız üçün böyük faydaları var. Bu, həmçinin ciddi və təhlükəsiz yanaşma tələb edən böyük fiziki sınaqdır.

Sizin marafona düzgün hazırlaşmağınız və məşq proqramına əməl etməyiniz çox vacibdir.  Kardioloji problemlər, astma və ya diabet kimi xəstəlikləriniz varsa, yarış günü uzun məsafəyə qaça bilib-bilmədiyinizi və ya məşq etməyə uyğun olub-olmadığınızı öyrənmək üçün həkiminizlə məsləhətləşməyiniz vacibdir. Həkim sizin qaçmamağınızı məsləhət görərsə, bununla razılaşmalısınız.

 

Təlim məsləhətləri 

Marafon qaçışı: məşq üçün məsləhətlər

Marafona hazırlıq çoxlu vaxt, intizam və öhdəlik tələb edir. Burada mütəxəssislərin sizin məşqinizə kömək edəcək bəzi məsləhətləri var. Unutmayın, sizin finiş xəttinə nə qədər tez çatacağınız deyil, zədələrdən qaçmağınız və yarışdan zövq almağınız daha vacibdir.  

Yeni başlayan, orta səviyyəli və təcrübəli qaçışçılar üçün müxtəlif effektiv və detallı məşq planları mövcuddur. Tibbi idman mütəxəssisi sizə səviyyənizə uyğun olan məxsusi məşq planı hazırlamağa kömək edə bilər. “Bakı Marafonu - 2017”nin rəsmi feysbuk səhifəsini* izləməklə, marafon gününə tam və peşəkar səviyyədə hazırlaşa bilərsiniz.

Marafon əsas qaçış yarışı olduğundan, bədəninizin bu sınağa hazırlığına əmin olmağınız çox vacibdir.

*https://www.facebook.com/bakumarathon

 

Asan və çətin məşq günlərini növbələşdirin

Fərdi məşq cədvəliniz sizin səviyyənizdən asılı olacaq. Buna baxmayaraq, bütün qaçışçılar üçün əsas bir prinsip var: asan məşq günlərini çətin məşq günləri ilə növbələşdirmək. Məsələn, siz bir məşq günü buraxsanız belə, ardıcıl iki çətin məşq günü keçirməməlisiniz. 

Birlikdə qaçın

Bəzi insanlar tək qaçmağa üstünlük versə də, marafona hazırlaşan yoldaş və ya qrup tapmaqla siz həm dəstək və məsləhət ala bilərsiniz, həm də yarışa daha həvəslə və şövqlə hazırlaşarsınız.  

Qızınma və soyuma hərəkətləri

Qızınma və soyuma hərəkətləri istənilən qaçışın əsas hissəsidir və nəzərdən qaçırılmamalıdır. Doğru qızınaraq və soyuyaraq, siz zədələrin qarşısını ala, məşqlərdə və yarışda ən yaxşı nəticə əldə edə bilərsiniz.

 

Doğru ayaqqabı və qaçış təchizatı

Məşq zamanı qaçış ayaqqabılarınızın yüksək keyfiyyətli olmasına əmin olun. Əksər qaçış ayaqqabıları 800 kilometr məsafə qət edə bilir və bu məsafədən sonra dəyişilməlidir. Köhnə qaçış ayaqqabılarını geyinməyiniz zədələnməyinizlə nəticələnə bilər. Bundan əlavə, siz corab geyinməlisiniz, bu isə ayaqlarınızda ağrılı qabarların yaranmasının qarşısını alacaq.  

Qaçış üçün geyinərkən hava proqnozuna diqqət yetirməlisiniz. Qalın geyinərək, bədənizin susama riskini artıra və bədəninizin doğru soyumasına mane ola bilərsiniz. Odur ki, qaçış günü nazik geyinməyiniz məsləhətdir.  

Bundan əlavə, marafon günü geyinməyi planlaşdırdığınız idman ayaqqabıları, corab və geyimlərdə əvvəlcədən məşq etmək vacibdir.

Siz bununla planlaşdırılmamış çətinlik və narahatlıqların qarşısını almış olursunuz.

Maye və qidanın qəbul edilməsi

  Maye və qidanın qəbul edilməsi sizin məşqlərdə və yarışda uğur qazanmağınız üçün çox vacib amildir.  Qaçış 90 dəqiqədən çox davam edərsə, maye qəbul etməlisiniz. Maye qəbul etmək üçün susadığınızı hiss etməyi gözləməyin. Susadığınız an artıq bədəninizdə su bitmiş olur.

Bədəninizin nə qədər maye tələb etdiyini öyrənməyin sadə yolu uzun qaçışdan öncə və sonra çəkinizi yoxlamağınızdır. Bədən çəkiniz 2%-dən çox aşağı düşərsə, deməli lazımi miqdarda maye qəbul etməmisiniz.  Bundan əlavə, 90 dəqiqə və ya daha çox davam edən məşq və qaçışı zamanı qida qəbulunu da planlaşdırmalısınız. Şokolad plitkası, meyvə və s. enerjinizi artırmaq üçün yaxşı seçimlərdir. Məşq zamanı hansı miqdarda və kombinasiyada qida və mayenin sizə uyğun olduğunu yoxlamaq sizin üçün faydalı olar. Beləcə siz doğru miqdarı və kombinasiyanı marafon günü də təkrarlaya bilərsiniz.

Bakı Marafonu 2017 - FOTOLAR

15 May 2017 Foto
«Bakı Marafonu 2017»dən maraqlı fotolar!!

Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan 21 kilometlik yarımarafon Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb. Yarışda iştirak üçün ümumilikdə 13 000-dən çox şəxs qeydiyyatdan keçib. Marafon bir çox maraqlı məqamlarla yadda qalıb. «Bakı Marafonu 2017»dən maraqlı məqamları əks etdirən fotosessiyanı təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan yarımarafon saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb.

Marafonun məsafəsi 21 kilometr təşkil edib. Artıq ikinci ildir təşkil olunan marafon kütləviliyi, daha çox iştirakçını əhatə etməsi ilə fərqlənib


Marafonda kişilər arasında Türkiyə vətəndaşları Veysi Aslan I, Üzeyir Söyləməz II, rusiyalı Vladislav Demyanov isə III yerə çıxıb.  

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. 

Qadınlar arasında isə finişə Türkiyə vətəndaşı Yayla Kılıc birinci, ukraynalı Valentina Poltovska ikinci və iranlı Parisa Arab üçüncü çatıb.

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar