• START

    Dövlət Bayrağı Meydanı

  • FİNİŞ

    Bakı Olimpiya Stadionu

  • MƏSAFƏ

    21 kilometr

  • AVTOBUS DAYANACAĞI

    İştirakçıları aparılması üçün

  • SU

    Marşrut boyu

  • TİBBİ YARDIM

    Marşrut boyu

  • SANİTAR QOVŞAĞI

    Marşrut boyu kabinkalar

  • QİDA

    Meyvə və çərəzlər

Marşrut

Bakı Abşeron yarımadasının cənub sahilində yerləşir. Bakı öz qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Cənubi Qafqazda ən böyük şəhərdir. Şəhərin qədim tarixi rəmzləri olan Şirvanşahlar Sarayı kompleksi, İçərişəhər və Qız qalası 2000-ci ildə YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Bakı  2015-ci ilin yanvarında "New York Times" qəzetinin dünyanın ən gəzməli 52 şəhəri siyahısında yer alıb.

 
Bakı Azərbaycanın elmi, mədəni və sənaye mərkəzidir. Bundan əlavə, Bakı həm də “küləklər şəhəri” kimi tanınır.  Məlumata görə, ötən əsrin əvvəllərində güclü külək və toz əlindən Bakının küçələrində gəzmək mümkün deyildi, hazırda isə Bakı sərin havası və rahat həyat tərzi ilə seçilən şəhərə çevrilib.
 
Aprelin 30-da Bakıda keçiriləcək marafonun marşrutu Bakının həm müasir, həm də qədim hissələrindən keçməklə yarışı iştirakçılar üçün daha maraqlı edəcək. “Bakı Marafonu - 2017” Dövlət Bayrağı Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.
 
Marşrutun start nöqtəsi olan Dövlət Bayrağı Meydanının açılışı 2010-cu ildə olub və artıq bura şəhərin əsas görməli yerlərindən biri hesab edilir. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.
 
Hündürlüyü 162 metr olan bayraq dayağı bu göstəricisinə görə dünyada ikinci yerdədir. İştirakçılar yuxarıda qeyd edilən start nöqtəsindən, Dənizkənarı Milli Parkın yeni tikilmiş hissəsidən başlayaraq, Neftçilər prospekti boyunca təxminən 6 kilometr məsafə qət edəcəklər. Marşrutun bu hissəsi şəhərin həm qədim (İçərişəhər, Qız qalası), həm də müasir məkanlarını əhatə edir.
 
Bu gözəl kontrastın və sahil zolağının fonunda 6 kilometr məsafə qət etdikdən sonra iştirakçılar Yusif Səfərov küçəsi ilə hərəkət edəcəklər. İştirakçılar Müasir İncəsənət Muzeyi və Ali Məhkəmənin binalarının yerləşdiyi bu küçə ilə təxminən 2 kilometr qaçdıqdan sonra marşrutun yekun və ən çətin hissəsi başlayır. Marşrutun bu hissəsində əsrarəngiz arxitektur quruluşu olan, müasir dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzi yerləşir. Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin binası dünyada müasir Bakının simvolu kimi tanınır və 2014-cü ilin iyununda nüfuzlu London Dizayn Muzeyinin “İlin dizaynı 2014” mükafatı ilə təltif olunub.
 
Marafon məsafəsinin təxminən yarısını təşkil edən bu yekun hissə Heydər Əliyev prospekti ilə Bakı Olimpiya Stadionuna qədər davam edir. Birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə ev sahibliyi etmiş Bakı Olimpiya Stadionu UEFA, FİFA və IAAF-nın beynəlxalq standartlarına uyğun dizayn edilib və inşa olunub. 68700 tamaşaçı tutumu olan bu stadion beynəlxalq mətbuatda Qafqazın “Allianz Arena”sı kimi təqdim edilib.
 
Bakı Olimpiya Stadionu Azərbaycanın və Qafqazın ən böyük stadionu, dünyanın 7-ci ən yaxşi idman arenasıdır. Bu stadion UEFA U-17 Avropa çempionatına və 2020-ci il futbol üzrə Avropa çempionatının 4 oyununa da ev sahibliyi edəcək. Şübhəsiz ki, bu tədbirlərin Bakıda keçirilməsi Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.


Bakı Marafonu 2017 - FOTOLAR

15 May 2017 Foto
«Bakı Marafonu 2017»dən maraqlı fotolar!!

Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan 21 kilometlik yarımarafon Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb. Yarışda iştirak üçün ümumilikdə 13 000-dən çox şəxs qeydiyyatdan keçib. Marafon bir çox maraqlı məqamlarla yadda qalıb. «Bakı Marafonu 2017»dən maraqlı məqamları əks etdirən fotosessiyanı təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan yarımarafon saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb.

Marafonun məsafəsi 21 kilometr təşkil edib. Artıq ikinci ildir təşkil olunan marafon kütləviliyi, daha çox iştirakçını əhatə etməsi ilə fərqlənib


Marafonda kişilər arasında Türkiyə vətəndaşları Veysi Aslan I, Üzeyir Söyləməz II, rusiyalı Vladislav Demyanov isə III yerə çıxıb.  

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. 

Qadınlar arasında isə finişə Türkiyə vətəndaşı Yayla Kılıc birinci, ukraynalı Valentina Poltovska ikinci və iranlı Parisa Arab üçüncü çatıb.

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar