Yarış günü

“Bakı Marafonu – 2017” 30 Aprel, 2017-ci ildə baş tutacaq.

İştirakçılardan xahiş olunur ki, aşağıda göstərilən vaxtlarda lazımi nöqtələrdə olsunlar:

 

Yarışın başlama vaxtı: saat 10:00

Yarış üçün start nöqtəsinə gəlmə vaxtı: saat 08:30  

 

Avtobus dayanacaqları

Marafonu davam etdirə bilməyənlər, iştirakçıları dəstəkləməyə gələnlər və digərlərini finiş xəttinə çatdırmaq üçün marşrut boyu avtobus dayanacaqları fəaliyyət göstərəcək. Ümumilikdə marafon günü 4 avtobus dayanacağı nəzərdə tutulub. 

Avtobus dayanacaqları aşağıda göstərilən nöqtələrdə yerləşəcək:

1. Start nöqtəsi

2. Hökumət Evinin qarşısı

3. “Boulevard Hotel” ərazisi tərəf

4. Heydər Əliyev Mərkəzi 

 

 Sağlamlıq və Təhlükəsizlik

Marafonun hər kəs üçün təhlükəsiz və əyləncəli olmasını təmin etmək üçün aşağıdakıları nəzərə almağınız xahiş olunur:  

-Digərlərinin sağdan keçməsinə imkan yaratmaq üçün yolun sol tərəfi ilə hərəkət edin;

-Digər iştirakçılara qarşı nəzakətli olun;

-Yarış rəsmiləri, könüllülər və yol nəzarətçilərinin  təlimatlarına əməl etməyiniz xahiş olunur.

 

Dayanacaqlar

Marafon iştirakçıları üçün 5 nöqtədə xüsusi dayanacaqların quraşdırılması nəzərdə tutulub. Bu dayanacaqlar marafon iştirakçılarını ilkin tibbi yardımla, su və qida ilə (meyvə və çərəzlər), sanitar qovşağı ilə təmin edəcək. Marafon iştirakçıları üçün nəzərdə tutulan xüsusi dayanacaqların yerləşəcəyi nöqtələrlə tanış olun:

 

-2KM – Azərbaycan Xalça Muzeyinin qarşısı;

-7KM – “Boulevard Hotel” – “Ağ şəhər” işarəsi (dayanacaq otelə yaxın istiqamətdə yerləşəcək);

-12KM – Heydər Əliyev Mərkəzi (RedBull Energy Stop);

-17KM – Atletlər kəndinin ərazisi (“Koroğlu” metrostansiyası yaxınlığında);

-19KM – Böyük Şor Bulvarı;

 

Yardım məntəqələri

Tədbir bütün məsafələr üçün marşrut üzrə hər 2 kilometrdən bir yerləşdirilmiş yardım məntəqələri tərəfindən dəstəklənəcək. Yardım məntəqələri marafon iştirakçılarını su, sanitar qovşağı və ilkin tibbi yardımla təmin edəcək. 

Çanta təhvili

Marafonun start zonasında çanta təhvili xidməti olacaq. Yalnız marafon iştirakçıları öz çantalarını təhvil nöqtəsinə verə bilərlər. Çantanızı təhvil verərkən onun üzərinə xüsusi stikerlər yapışdırılacaq. Zəhmət olmasa, yarış çantanızı çanta təhvili zonasına təhvil verməzdən öncə ona yarış nişanı stikerinin bərkidildiyinə əmin olun. Sizin çantalarınız finiş xəttinə gətiriləcək və yarışı bitirdikdən sonra onları götürmək imkanınız olacaq.

Zəhmət olmasa, 30 Aprel saat 17:30-da Bakı Olimpiya Stadionunu tərk etməzdən əvvəl çantanızı götürün.

Bakı Marafonu 2017 - FOTOLAR

15 May 2017 Foto
«Bakı Marafonu 2017»dən maraqlı fotolar!!

Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan 21 kilometlik yarımarafon Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb. Yarışda iştirak üçün ümumilikdə 13 000-dən çox şəxs qeydiyyatdan keçib. Marafon bir çox maraqlı məqamlarla yadda qalıb. «Bakı Marafonu 2017»dən maraqlı məqamları əks etdirən fotosessiyanı təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan yarımarafon saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb.

Marafonun məsafəsi 21 kilometr təşkil edib. Artıq ikinci ildir təşkil olunan marafon kütləviliyi, daha çox iştirakçını əhatə etməsi ilə fərqlənib


Marafonda kişilər arasında Türkiyə vətəndaşları Veysi Aslan I, Üzeyir Söyləməz II, rusiyalı Vladislav Demyanov isə III yerə çıxıb.  

Bakı Marafonu 2017-də kişilər arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısı

07 May 2017 Xəbərlər
Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2017” keçirilib. 

Qadınlar arasında isə finişə Türkiyə vətəndaşı Yayla Kılıc birinci, ukraynalı Valentina Poltovska ikinci və iranlı Parisa Arab üçüncü çatıb.

Bakı Marafonu 2017-də qadınlar arasında finiş xəttini keçən ilk 100 iştirakçının siyahısını təqdim edirik.
Ətraflı Oxu

Təşkilatçı

Tərəfdaşlar və Sponsorlar